Agile-dan bəhs edərkən biz əməkdaş və liderlərin düşüncə tərzinin dəyişməsini nəzərdə tuturuq. Söhbət hər kəsin fikirlərini və idealarını ifadə edə biləcəyi, danışıqlar masasına oturub problemləri birlikdə həll edə biləcəyi bir mədəniyyətə keçiddən gedir. İnsanların düşüncə tərzini və mədəniyyətini dəyişdirmək həmişə aktual bir mövzudur. Bu cür düşüncə dəyişikliyi, performans idarəçiliyini asanlaşdırır və əsas dəyərləri komanda işinə, bilik mübadiləsinə və müştərilərə və biznesə dəyər (fayda) qatmağa yönəldir. Agile transformasiya kifayət qədər mürəkkəb prossesdir. Biz bu yolda müəyyən çətinliklərin öhdəsindən uğurla gəlmişik. Buna baxmayaraq bizim səyahətimiz hələ davam edir və gedəcəyimiz uzun yol var: irəliləməyə davam etmək öhdəliyi, dəyişikliklərin qəbul edilməsinin müştərilərimizə yeni fürsət və imkanlar bəxş etməyin yeganə yolu olduğuna inanırıq.
ABB-nin Agile transformasiya yolu

Bizi birləşdirən dəyərlərimizdir!
Qətiyyətli dürüstlük
Nəyi heç vaxt etməyəcəyimizi bilirik
Müştəriyönümlü yanaşma
Müştərilərimizə rəğbət bəsləyirik
Liderlik məkanı
Birlikdə cəmimizdən daha böyüyük
İşimizdə mükəmməllik
Nəticə əldə edib, sonra danışırıq
Vətəndaşlıq məsuliyyəti
Cəmiyyətimizin gələcəyinə töhfə veririk
Ölçülmüş səmərəlilik
Resurslarımızdan maksimal faydalanırıq
FIX FOR GRID
Sahibkarlıq ruhu
Sınanmamış yollarla irəliləyirik
FIX FOR GRID