FAQ

Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

Nüfuzlu məsləhət şirkətləri və xarici ekspertlərlə işləmək imkanları;

Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

Yüksək komanda ruhunda əməkdaşlıq;

Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;

Çevik iş mühitində çalışmaq şansı;

Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  

Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

Bankdaxili aktiv sosial həyat.

ABB ailəsinə qoşulmaq üçün www.careers.abb-bank.az  portalında qeydiyyatdan keçib sizə uyğun vakansiyaya müraciət etməklə qoşula bilərsiniz.

Bir namizəd eyni anda yalnız 3 vakansiya üzrə müraciət edə bilər.

Qeydiyyat zamanı portala CV, diplom, diplom əlavəsi və şəkil (3x4 ağ fonda, rəsmi formatda) əlavə olunmalıdır.

Təhsilinizi təsdiq edən sənədi təqdim edərək qeydiyyatdan keçə bilərsiniz. Lakin vakansiyaya müraciət edə bilmək üçün təhsilinizi başa vurmalısınız.

Təhsiliniz dəvam edirsə, sadəcə təcrübə proqramlarına müraciət edə bilərsiniz.

Xeyr, vakansiyaya müraciət etmək üçün portalda qeydiyyatdan keçmək mütləqdir.

Vakansiyadan aslı olaraq bir neçə mərhələdən ibarətdir. Bunlar-test, müsahibə və anket mərhələləridir.

Müsahibə nəticəsi müsbət olmazsa, eyni vakansiya üzrə ən tez 6 ay sonra müraciət qəbul olunur.

İki növ müsahibə təşkil olunur, bankın aidiyyatı inzibati binasında canlı və ya zoom platforması üzərindən təşkil olunur.