Haqqımızda

ABB - “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. ABB hazırda aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 78 filial və 9 şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 17 000-dən, fiziki şəxslərin sayı isə 2.7 milyondan çoxdur. Bankda 4 000-dən çox işçi çalışır. 

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanına əsasən “ABB” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Missiya

Maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli edərək:

  • Ən qabaqcıl təcrübə və yenilikləri gətirərək;
  • Biznes və insan kapitalını dəstəkləməklə ictimaiyyətimizi gücləndirərək;
  • Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verərək;
  • Müasir universal maliyyə qrupu kimi müştərilərimizin maliyyə ehtiyaclarını təmin etməkdir.

Strateji baxış

Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərməklə:

  • İstedadlı və peşəkar liderlər üçün ən arzuolunan işəgötürən olmaqla;
  • Səhmdarlarımıza ən yüksək mənfəət qazandırmaqla;
  • Ən yüksək korporativ idarəetmə standartlarını tətbiq etməklə;
  • Rəqəmsal gələcək üçün ən güclü tərəfdaşlıq yaratmaqla;
  • Cənubi Qafqazda aparıcı universal maliyyə qrupu olmaqdır.

ABB-də karyera

ABB Karyera platformasında sizləri salamlayırıq. Bankımızda çalışmağa maraq göstərdiyiniz üçün Sizə təşəkkür edirik.

Karyera platforması vasitəsi ilə bir kliklə siz vakansiyalarımıza müraciət edə və daim öz müraciətinizin statusunu izləyə bilərsiniz

ABB-də karyera qurmağın üstünlükləri

ABB strateji məqsədlərə nail olmaq üçün öz işçi heyətini gələcək uğurlarını təmin edən intellektual kapital kimi qiymətləndirir. İnsan resurslarının idarə edilməsi üzrə ən mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan forma və metodların tətbiqini prioritet hesab edir.

İşçinin əməyinin onun qabiliyyət və bacarıqlarına, nailiyyətlərinə, peşəkarlıq səviyyəsinə uyğun qiymətləndirilməsinə diqqət yönəldiir. Bankda müvafiq motivasiya sistemləri tətbiq olunur. Karyeranın planlaşdırılması, korporativ münasibətlərin inkişafı, innovativ fəaliyyətin dəstəklənməsi istiqamətində addımlar atılır. Hər kəsə bərabər imkanlar mühiti yaradılır.

İşə qəbul

ABB-də mövcud vakant vəzifələrə işçilərin qəbulu ABB Karyera platforması üzərində aparılır. Bütün iş imkanları ilə portalın vakansiyalar bölməsində tanış olub təhsil, təcrübə və ya maraq dairənizə uyğun olan vakansiyalara şəxsi kabinetinizi yaratmaqla müraciət edə bilərsiniz.

Müraciətinizin statusunu daim şəxsi kabinetinizdən izləyə və işə qəbul prosesinin bütün mərhələləri ilə bağlı bildirişləri e-mail və sms bildirişləri ilə yanaşı şəxsi kabinetinizdən də əldə edə bilərsiniz. Müraciətiniz uyğun olmadığı halda artıq yaratmış olduğunuz istifadəçi hesabınız bankın namizəd bazasına daxil olmuş olacaq və beləliklə gələcək uyğun vakansiyalarımızla bağlı komanda üzvlərimiz sizinlə əlaqə yarada biləcəklər.

Bizi birləşdirən dəyərlərimizdir!

Qətiyyətli dürüstlük

Nəyi heç vaxt etməyəcəyimizi bilirik

Müştəriyönümlü yanaşma

Müştərilərimizə rəğbət bəsləyirik

Liderlik məkanı

Birlikdə cəmimizdən daha böyüyük

İşimizdə mükəmməllik

Nəticə əldə edib, sonra danışırıq

Vətəndaşlıq məsuliyyəti

Cəmiyyətimizin gələcəyinə töhfə veririk

Ölçülmüş səmərəlilik

Resurslarımızdan maksimal faydalanırıq

Sahibkarlıq ruhu

Sınanmamış yollarla irəliləyirik