Android proqramçı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

·         Dizayna uyğun olaraq mobil-app hazırlamaq və lazım gəldikdə texniki məslələri dizaynerlərə bildirmək;

·         Ən son proqramlaşdırma prinsiplərini və sənaye standardlarını tətbiq etmək;

·         Back-end proqramçılarla bərabər işləmək və API-ların inteqrasiyasını təmin etmək;

·         Unit və UI testəri yazmaq və avtomatlaşdırılmış testlərin işini təmin etmək;

·         Yeni ideyaların tətbiqinə fokuslanmaq, effektiv olmayan həllərin tətbiqindən uzaq durmaq.

Bizim üçün uyğun namizəd:

·         Müvafiq sahədə ən azı iki il iş təcrübəsinə;

·         Android SDK, Android müxtəlif versiyaları və ekran ölçüləri ilə bağlı güclü biliklərə;

·         RESTFul APİ-ların mobil tətbiqdən back-end servislərə qoşulmasını təmin etmə bacarığına;

·         Android Uİ dizayn prinsipləri və praktikaları ilə bağlı biliklərə;

·         “Android memory management, threading” və performans optimizasiyası üzrə biliklərə;

·         Biznes tələblərini anlama və onu texniki tələblərə çevirmək bacarığına;

·         FCM üzrə biliklərə;

·         Git üzrə sərbəst işləmə bacarığına;

·         “Continuous integration” barədə məlumatlılığa;

·         Agile komandada işləmək təcrübəsinə (arzu olunandır);

·         Retrofit, Picasso və Glide kitabxanaları ilə işləmək qabiliyyətinə;

·         MVP və ya MVVM üzrə işləmək bacarığına;

·         Android Architecture Components üzrə biliklərə;

·         Kotlin və ya Java üzrə güclü biliklərə sahib olan şəxsdir.