Görəcəyiniz işlər:
- Biznes proseslərini texniki analizin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırmaq;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
- Texniki tapşırıq üzrə minimal test planlarının və test senarilərinin hazırlanmasında iştirak etmək;
- Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak etmək;
- Biznes prosesi proqramlaşdırma (Flex, BPM, Rəhbərlik) komandası ilə razılaşdırmaq və görülən işlər barədə hesabatları təqdim etmək;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünü təmin etmək və yarana biləcək potensial riskləri müəyyən etmək;
- İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələləri müzakirə etmək və uyğunluğu təmin etmək.
- Agile komanda ilə texniki tapşırıqları müzakirə etmək və komanda ilə görüləcək işləri texniki araşdırmaq;
- Buraxılacaq Rəqəmsal məhsulun strateji yol xərtəsini çəkmək və görüləcək işlər üzrə user story-ləri hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
- Bank məhsulları barədə biliklərə;
- CRM-sistemləri (arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə bağlı iş təcrübəsinə;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlamaq, ardıcıllıq alqoritmi qurmaq) hazırlamaq bacarığına;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
- Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
- Web servis üzrə biliklərə, Arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Server-lərin sorğulanması bacarığına, Sorğulama formatları (JSON / XML) barədə anlayışlara;
- Agile (Scrum) metodologiyası və blok sxemlər (BPMN) üzrə biliklərə sahib olan şəxsdir.