İnformasiya Təhlükəsizliyinə Nəzarət mərkəzinin analitiki

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • İnformasiya təhlükəsizliyi insidentlərini monitorinq etmək;
  • İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirləri icra etmək;
  • İnsidentləri araşdırmaq;
  • İnformasiya təhlükəsizliyi sahəsində baş verən yenilikləri izləmək və bank mühiti üçün riskləri qiymətləndirmək;
  • İnsidentlərin düzgün qeydiyyatını həyata keçirmək və hesabatları rəhbərliyə təqdim etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);
  • İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;
  • Müvafiq sahədə iş təcrübəsinə;
  • Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
  • Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə;
  • Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə;
  • CEH, CCNP SEC, Comptia Security+, Comptia CySa+ və İnformasiya təhlükəsizliyi sahəsində digər sertifikatlara (üstünlükdür);
  • WAF sistemləri ilə işləmə təcrübəsinə;
  • SIEM sistemləri üzrə analitik səviyyəsində iş təcrübəsinə;
  •  NGFW ilə işləmə təcrübəsi, Rule və Security policy-lərlə işləmə bacarığına;
  • Windows və ya Linux sistem-ləri ilə administrator səviyyəsində iş təcrübəsinə (üstünlükdür);
  • Növbəli iş rejimində işləmə imkanına sahib olan şəxsdir.