Görəcəyiniz işlər :
- Bankın filial şəbəkəsində icra olunan xidmətlərin səmərəliyinin artırılması istiqamətində prosesə rəhbərlik etmək;
- Bankın filial şəbəkəsi üzrə strateji hədəflərinə çatması üçün təkliflər vermək və onların icrasında iştirak etmək;
- Müştərilərin və filial əməkdaşlarının tələblərini öyrənmək, müşahidə etmək, araşdırmaq, təhlil etmək;
- Kredit, depozit, kart və digər xidmətlər üzrə tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
- Özünəxidmət xidmətlərinin filiallarda inkişaf etdirmək və bu sahədə müxtəlif araşdırmalar aparmaq;
- Filiallarda gözləmə və xidmət vaxtının azaldılması üçün təyin edilən tapşırıqları idarə etmək və onların icrasını təmin etmək;
- Filiallarda icra olunan əməliyyatların alternativ kanallara ötürülməsini təşkil etmək;
- Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
- Tələblərlə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
- Tapşırıqların planlaşdırılması ilə bağlı iclaslarda iştirak etmək;
- Tətbiq olunmuş yeniliklərlə bağlı gedişatı izləmək və qiymətləndirmək;
Bizim üçün uyğun namizəd :
- Bank işi və ya digər əlaqəli layihə işi üzrə minimum 2 il təcrübə və biliklərə;
- Biznes tələblərinin toplanması, məlumatların təhlili və qiymətləndirilməsi ilə bağlı təcrübəyə;
- Bankın satış/xidmət nöqtələrində istifadə olunan proqram təminatları sahəsində təcrübəyə;
- WEB üzrə UI / UX baza biliklərinə;
- “Agile” düşüncə tərzinə;
- Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
- Komandada və fərdi şəkildə işləmək bacarığına;
- Strateji və taktiki düşüncə qabiliyyətinə;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.
Üstünlük verilən kriteriyalar :
- Kredit, depozit, kart proseslərinin rəsmiləşdirilməsi barəsində məlumatlı olmaq;
- Bankın filiallarında çıxan problemlərin həlli üzrə təcrübəyə malik olmaq;
- Özünəxidmət həlləri (ATM, Ödəniş terminalları və s.) üzrə təcrübəyə sahib olmaq;
- Yerli bankların bazara təqdim etdikləri məhsul və xidmətləri barəsində detallı məlumatlara sahib olmaq;
- Bank qanunvericiliyi tələbləri ilə məlumatlı olmaq;
- Təqdimatların və hesabatların hazırlanması sahəsində (Power Point, Excel) baza anlayışlara sahib olmaq.