Görəcəyiniz işlər:
- Yeni texnologiyaları araşdırmaq və tətbiq etmək;
- Məhsulun biznes məntiqini və back-end sistemini dizayn etmək və proqramlaşdırmaq;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ları hazırlamaq;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərini yazmaq və gündəlik tapşırıqlar üçün avtomatik alətləri hazırlamaq;
- Keyfiyyətli, effektli kodlar yazmaq və sənədləşdirmək;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirləri təhlil etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan;
- Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
- Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
- Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
- RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
- Obyektyönümlü proqramlaşdırma, S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
- Verilənlər bazası sistemləri üzrə təcrübəyə, SQL və NoSQL bazaları barədə biliklərə (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis);
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
- Agile Scrum metodologiyası barədə məlumatlara;
- Mikroservis arxitekturası üzrə biliklərə;
- PL/SQL biliklərinə;
- Agile komandasında proqramçı kimi iş təcrübəsinə;
- Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.