Görəcəyiniz işlər:
- Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
- Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli ( 4-cü kurs tələbələri müraciət edə bilər);
- Azərbaycan və rus dillərini mükəmməl bilən;
- MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
- Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
- Komandada işləmək bacarığı olan;
- Analitik zəka, müştərilərlə yüksək səviyyədə işləmək motivasiyası olan;
- Dəyişkən çoxnövbəli qrafiklə ( 7/24 rejimi ilə əlaqədar) çalışa bilən şəxsdir.