Texnologiya və Arxitektura sahəsinin QA üzrə baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

        - Rəqəmsal məhsullar üzrə keyfiyyətin təmin edilməsi prossesləri təkmilləşdirmək və standartlaşdırmaq;

        - Proseslərin avtomatlaşdırılması üçün tələb olunan kod strukturları müəyyən etmək və yazmaq;

        - Rəqəmsal məhsullarının keyfiyyətinin artırılması üçün yeni texnologiyaları araşdırılmaq və icra etmək;

        - Rəqəmsal məhsulların keyfiyyətinin daimi şəkildə nəzarətdə saxlanılması üçün CT (continious testing) mühitini inkişaf etdirmək;

        - Komandalarda test ssenarilərinin avtomatlaşdırılması üçün QA əməkdaşlara zəruri olan dəstəyi vermək;

        - Komandalardakı QA əməkdaşların test və keyfiyyətlə əlaqədar bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlim və tədbirlərin təşkil etməkdir.

 

Bizim üçün uyğun namizəd:

        - Azərbaycan dilində mükəmməl, ingilis dili orta səviyyədə bilikləri;

        - Bu sahə üzrə 3 ildən çox iş təcrübəsi;

        - Java üzrə dərin bilikləri;

        - Obyektyönümlü proqramlaşdırma üzrə dərin bilikləri

        - Mobil və Web selector-lar haqqında dərin bilikləri;

        - API strukturları haqqında bilikləri;

        - Selenium Webdriver, Selenium Grid, Appium, Junit, Gauge, Cucumber, RestAssured üzrə iş təcrübəsi;

        - Verilənlər bazası sistemləri üzrə təcrübəsi (SQL, MongoDB və s.)

        - VCS ilə təcrübəsi;

            - Test Automation Framework növləri üzrə bilikləri olan namizəddir.