Görəcəyiniz işlər:
- Data warehouse-ları və data mart-larını dizayn etmək, modelləşdirmək, optimallaşdırmaq və onlara dəstək xidməti vermək;
- Bankın müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatları toplamaq, çevirmək və “Business intelligence” alətlərində istifadə üçün hazır vəziyyətə gətirmək;
- ETL və digər data mühəndisliyi alətlərini konfiqurasiya etmək və onlara dəstək xidmətləri vermək.
Bizim üçün uyğun namizəd:
- Ali texniki və ya iqtisadi təhsilə;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsinə;
- ETL alətlərinin istifadəsində geniş təcrübəyə (ODİ biliklərinə üstünlük verilir);
- SQL üzrə dərin biliklərə (Oracle PL/SQL biliklərinə üstünlük verilir);
- Məlumat bazalarının qurulması və modelləşdirilməsində təcrübəyə;
- Python üzrə baza biliklərinə sahib olan şəxsdir.