Müştərilərə satış və xidmət bölməsi üzrə baş mütəxəssis - Ucar

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək, müvafiq sənədləşməni həyata keçirmək;
  • Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək;
  • Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılmaq;
  • Müştərilərin ödəmə qabiliyyətini təhlil etmək;
  • Hesabların (müvəqqəti hesablar daxil olmaqla) açılması və bağlanması üçün sənədləri qəbul etmək, onları təhlil etmək;
  • Qanunvericiliyin tələblərinə uyğun qaydada ödəniş tapşırıqlarını (milli və xarici valyutada), konvertasiya üzrə sifarişləri icraya qəbul etmək;
  • Qanunvericiliyin tələlərinə uyğun qaydada valyuta ödənişləri və idxal-ixrac əməliyyatları ilə bağlı sənədləri təhlil etmək, işləmək və saxlamaq;
  • Əmək haqqı layihəsi,eləcə də biznes,korporativ, gömrük kartlarının alınması üzrə zəruri sənədləri icraya qəbul etmək;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatlarının aparılması;
  • Hesab üzrə arayışların, audit sorğularının hazırlanması və yoxlanılması;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etməkdir.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Komandada işləmək bacarığı olan;
  • Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti olan;
  • Səlis Azərbaycan dilində ünsiyyət qurmağı bacaran namizəddir (Rus və İngilis dili bilikləri üstünlükdür).