Görəcəyiniz işlər:
- IOS tətbiqlərinin arxitektura standartlarını təyin və təşviq etmək;
- IOS tətbiqlərimizin arxitekturasını və inkişafını həyata keçirmək, tətbiq üzrə bizness həllərinin və texniki prosseslərin düzgün idarə olunmasına nəzarət etmək;
- IOS tətbiqlərimiz üçün mövcud arxitektura əsasında yeni arxitektura dizaynını hazırlamaq;
- IOS proqramçılarına mentorluq etmək, kodlaşdırma standartları, dizayn nümunələri və tətbiqin performanslnln optimallaşdırılması üzrə ən yaxşı təcrübələri tətbiq etmək;
- Strateji şəkildə arxitektura üzrə texniki problemləri azaltmaq, tətbiqin miqyaslanabilirliyini, saxlanılabilirliyini və performansını artırmaq;
- Ən son IOS texnologiyaları və trendləri ilə yaxından tanış olmaq, tətbiqin funksionallığını və istifadəçi təcrübəsini irəlilətmək üçün müasir həlləri inteqrasiya etmək;
- Funksional komandalarla əlaqəli şəkildə inteqrasiya və texniki prosseslərin tətbiqi üzrə əməkdaşlıq etmək;
- Mövcud kodları nəzərdən keçirmək, arxitektura üzrə müzakirələri və davamlı təkmilləşdirmə işlərini həyata keçirmək;
- Komandalara mürəkkəb texniki problemləri həll etməyə kömək etmək;
- Texniki arxitektura dizayn sənədlərin yazılmasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Kompüter elmləri və ya İnformasiya Texnologiyaları üzrə bakalavr və ya magistr dərəcəsi olan;
- IOS proqramlaşdırma üzrə ən azı 6-8 il iş təcrübəsi, habelə bu təcrübənin əhəmiyyətli bir hissəsinin arxitektura üzrə aparıcı rolda olan;
- Swift və IOS SDK-da ekspert, IOS ekosistemləri üzrə yüksək səviyyədə bilgiləri olan;
- IOS Modular Base Design Pattern-ləri üzrə yüksək səviyyədə bilgiləri olan;
- IOS Large Scaled Development prinsipləri üzrə yüksək səviyyədə bilikləri olan;
- Arxitektura nümunələr (məs., MVVM, MVVM-C) ilə tanışlıq və mobil tətbiqlər üçün dizayn prinsipləri uzrə dərin anlayışa sahib olan;
- Proqramçılara mentorluq etmə və layihələri uğurlu nəticələrə aparma təcrübəsi olan;
- Əla problem həlli qabiliyyətləri və texniki çətinlikləri aşmaq üçün strategi, yaradıcı yanaşması olan;
- Fintech və Bank tətbiqləri üzrə təcrübə ən azı 5 illik təcrübəsi olan;
- Kod şifrələnməsi və təhlükəsizlik vasitələri (məs., Proguard, R8) haqqında güclü anlayışlı;
- IOS əməliyyat sisteminin iş prinsipi üzrə dərin biliklərə sahib;
- Mobil tətbiqlərin performans göstəricilərinin analizi və performans monitorinqi üzrə güclü bilikləri olan;
- Mobil təhlükəsizlik prinsipləri (SSL pinning, crypto-swift, jailbreak, etc ) haqqında güclü anlayışları olan;
- Güclü ünsiyyət, liderlik və əməkdaşlıq bacarıqları, qeyri-texniki əməkdaşlara mürəkkəb texniki anlayışları ifadə etmə qabiliyyəti;
- DevOps, CI/CD (Git, Jenkins) üzrə təcrübəsi olan;
- Git Flow üzrə dərin biliklərə sahib;
- Arxitektura nümünələrin analizi üzrə ən yaxşı təcrübələrə sahib olan;
- Agile idarəetmə prinsipləri üzrə peşəkar təcrübənin olan şəxsdir.