Pərakəndə seqment sahəsinin android üzrə proqramçı / aparıcı / baş proqramçısı

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Java, Kotlin dillərində son texnologiyaları istifadə etməklə, Android platformasında, mobil tətbiqlərin tərtibatını həyata keçirmək;
  • Tətbiqlərin keyfiyyətini, etibarlılığını təmin etmək, tətbiqin monitorinqini həyata keçirmək texniki problemləri həll etmək;
  • Multifunksional komanda daxilində, davamlı olaraq tətbiqə yeni funksionallıqlar üzərində işləmək.
  • Potensial problemləri müəyyənləşdirmək və həll etmək;
  • Digər proqramçıların kodlarına (Code Review)rəy vermək, onlara mentorluq etmək və inkşafına dəstək olmaq.

Bizim üçün uyğun namizəd :

  • Ali təhsilə (İnformasiya texnologiyaları, Komputer mühəndisliyi, Tətbiqi riyaziyyat və kibernetika sahələri üzrə olması arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinə;
  • Java və Kotlin -də dərin bilik və təcrübəyə;
  • Android dizayn prinsipləri və interfeys təlimatlarında təcrübəyə;
  • MVP, MVVM və MVVM+ arxitektura prinsiplərindən biliyə;
  • Data Store, Jetpack Uİ -lə iş təcrübəsi və əmin biliyə;
  • Mobil tərtibatlaın testi və təhlükəsizliyi prinsipləri ilə iş təcrübəsinə;
  • Retrofit, Picasso və Glide kimi Android kitabxanaları ilə iş təcrübəsinə;
  • Modular arxitektura və “Coroutine” prinsipləri ilə iş təcrübəsinə;
  • REST API’larla işləmə bacarığına;
  • Agile mühitdə, maliyyə sahəsində iş təcrübəsinə;
  • OOP, SOLID prinsiplərindən anlayışına;
  • CI/CD işlətməsi və qurma bacarığına;
  • Google-Play –də tətbiq olana;
  • Texniki İngilis dili biliklərinə sahib olan şəxsdir.