Mərkəzi Xəzinədarlıq departamentinin Bazar əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Müəyyən olunmuş limitlər çərçivəsində pul, əmtəə, qiymətli kağızlar və Forex bazarı üzrə əqdlər bağlamaq;
  • Bankın adından Bloomberg, Reuters və digər platformalar vasitəsi ilə danışıqlar aparmaq və əqdlər bağlamaq;
  • Sərbəst vəsaitlərin pul bazarında yerləşdirilməsi və cəlb edilməsi üzrə əqdlər bağlamaq;
  • Təqdim olunmuş sifarişlər əsasında valyuta alqı–satqısı üzrə əqdlər bağlamaq;
  • Bankın nağd vəsaitə olan tələbatı üzrə sifarişlərin iscrasını təmin etmək;
  • Bankın vəsaitlərini səmərəli istifadə etmək məqsədilə, yararsız nağd vəsaitləri müxbir hesablara göndərilməsi üzrə sifarişləri icra etmək;
  • Müştərilər üçün hecinq həllərinin təqdim olunması məqsədilə törəmə maliyyə alətləri üzrə əməliyyatlar aparmaq;
  • İnvestisiya portfeli, pul bazarı əməliyyatları, fx və digər əməliyyatlar üzrə müvafiq hesabatlar hazırlamaq;
  • Şöbənin işini əhatə edən və digər department üzrə lazımı təqdimatları hazırlamaq;
  • Valyuta, pul və qiymətli kağızlar bazarının iştirakçıları ilə əlaqə saxlamaq, əməliyyatlarla bağlı daxil olmuş təklifləri təhlil etmək, lazım gəldikdə təkliflərə dair əlavə məlumatlar almaq.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsil;
  • Yaxşı səviyyədə Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı;
  • CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyi olan;
  • Problem həll etmə bacarığı olan;
  • Komandada işləmə bacarığı olan;
  • İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.