Aktiv və Passivlərin idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsində, faiz dərəcəsi və likvidlik risklərinin idarə edilməsində iştirak etmək;
  • Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək və rəhbərliyə təkliflər vermək;
  • Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;      
  • Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsini təmin etmək və rəhbərliyə təkliflər vermək;
  • APİK-ə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq;
  • FTP qiymətinin hesablanması və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.                                                                                                                                                                                                                                                                                     

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
  • Minimum 3 il iş təcrübəsinə (Maliyyə və bazar risk sahəsi üzrə arzuolunandır);
  • Excell VBA və ya SQL kodlaşdırma dillərində biliyə (arzuolunandır);
  • Beynəlxalq Sertifikatlara (FRM və ya CFA üzrə ilk səviyyələr arzuolunandır);
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Komandada işləmək bacarığına;
  • Təqdimat və ünsiyyət bacarığına sahib olan şəxsdir.