Rəqəmsal kanallar sahəsinin biznes analitika üzrə mütəxəssisi / aparıcı / baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Biznes proseslərin texniki analizini detallaşdırmaq;
  • Biznes proseslər üzrə texniki sənədi (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
  • Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
  • Biznes prosesi\arxitekturanı\dəyişikliyi əlaqəli bütün Steykholderlərlə razılaşdırmaq;
  • Agile metodalogiya üzrə işləyərək proseslərin scrum-a uyğun şəkildə aparılmasını təmin etmək;
  • Groominglərin və planning-lərin təşkil olunması;
  • Epiklərin taskların yaradılması, detallandırılması və Acceptance criteria\Definition of done müəyyən olunması;
  • Prosesin və ya dəyişikliyin texniki dəsdək komandasına ötürülməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Bank sahəsində minimum 3 il təcrübəyə;
  • Bank məhsulları haqqında biliklərə;
  • Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlama, ardıcıllıq alqoritmi qurma) hazırlama bacarığına;
  • Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
  • Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq,tərtib etmək və komandalarla kommunikasiya etmək səviyyəsində);
  • Agile (Scrum) metodologiyası üzrə biliklərə sahib olan şəxsdir.