Görəcəyiniz işlər:
- Korporativ və KOS müştərilərin aktivləşdirilməsi və onlarda loyallıq proqramlarının formalaşdırılması;
- Korporativ və KOS müştəriləri aktivləşdirmək və ya saxlamaq məqsədi ilə mütəmadi olaraq kampaniyaların keçirilməsi, təkliflərin və digər mesajların müştərilərə müxtəlif (rəqəmsal) kanallarla çatdırılması;
- Korporativ və KOS müştərilərin loyallığının artırılması məqsədi ilə proqramlar və saxlanma strategiyalarının formalaşdırılması;
- Korporativ və KOS seqment müştərilərinə yeni və çarpaz satış imkanlarının yaradılması məqsədilə effektiv satış və kommunikasiya kanallarının müəyyən edilməsi;
- Davamlı olaraq, yerli və xarici bazarların araşdırılması, müvafiq sahədə ən yeni trendlərin analiz edilməsi və yeni innovativ məhsulların yaradılması və ya mövcud məhsulların təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsi;
- Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
- Müştəri seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Minimum bir il Korporativ və ya Kiçik və orta sahibkarlara xidmət edən satış strukturlarında iş təcrübəsinə malik;
- Güclü araşdırma bacarığına malik;
- İngilis dili və Rus dili biliklərinin olması üstünlükdür;
- Satış və ya məhsulların yaradılması sahələrində iş təcrübəsinə malik;
- Yaxşı səviyyədə MS Excel bilikləri olan;
- SQL biliklərinə malik (üstünlükdür);
- Məlumatların vizuallaşdırılması üzrə biliklərə sahib;
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmək həvəsi olan;
- Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.