Görəcəyiniz işlər:
- Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla kassa xidmətləri göstərmək;
- Bankomatların inkassasiya üçün nağd vəsaitlərin bölgüsündə iştirak etmək;
- ATM və ÖT-lərin inkassasiyasını, nağd pul və digər qiymətlilərin daşınmasını həyata keçirmək, qiymətlilərin sayılması, çeşidlənməsi və qablaşdırılması işini təşkil etmək;
- Əməliyyat günün sonunda inkassasiya olunmuş bankomatlar üzrə yazılı şəkildə hesabatı tərtib etmək, qiymətlilərin qalıqları ilə birlikdə xəzinəyə məsul şəxsə təhvil verilməsini təmin etmək;
- Bankomata yüklənmiş və boşaldılmış nağd pulun uçotunun aparılmasını təmin etmək;
- Aşkar edilmiş dövriyyəyə yararsız nağd pulun dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün müvafiq sənədləşməni aparılması və Mərkəzi Banka təhvil verilməsini təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan;
- Orta səviyyədə ingilis və rus dili bilikləri olan;
- Komandada işləmək bacarığı olan;
- Riyazi hesablama aparmaq qabiliyyəti olan;
- İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.