Korporativ və KOS seqmenti sahəsinə Aktivləşmə və Saxlanılma komandasının Məhsul Sahibi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Korporativ və KOS müştərilərin aktivləşdirilməsi və onlarda loyallıq proqramlarının formalaşdırılması;
  • Korporativ və KOS müştəriləri aktivləşdirmək və ya saxlamaq məqsədi ilə mütəmadi olaraq kampaniyaların keçirilməsi, təkliflərin və digər mesajların müştərilərə müxtəlif (rəqəmsal) kanallarla çatdırılması;
  • Korporativ və KOS müştərilərin loyallığının artırılması məqsədi ilə proqramlar və saxlanma strategiyalarının formalaşdırılması;
  • Korporativ və KOS seqment müştərilərinə yeni və çarpaz satış imkanlarının yaradılması məqsədilə effektiv satış və kommunikasiya kanallarının müəyyən edilməsi;
  • Davamlı olaraq, yerli və xarici bazarların araşdırılması, müvafiq sahədə ən yeni trendlərin analiz edilməsi və yeni innovativ məhsulların yaradılması və ya mövcud məhsulların təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsi;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və satışlara müsbət təsir edə biləcək təkliflərin hazırlanması.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Minimum üç il Korporativ və ya Kiçik və orta sahibkarlara xidmət edən satış strukturlarında iş təcrübəsinə malik;
  • Güclü araşdırma bacarığına malik;
  • İngilis dili və Rus dili biliklərinin olması üstünlükdür;
  • Satış və ya məhsulların yaradılması sahələrində iş təcrübəsinə malik;
  • Yaxşı səviyyədə MS Excel bilikləri olan;
  • SQL biliklərinə malik (üstünlükdür);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə sahib;
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmək həvəsi olan;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.