Korporativ kommunikasiya şöbəsinin qrup rəhbəri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:
•    Bankın ictimaiyyətlə əlaqələr planının hazırlanmasında və icrasında iştirak;
•    Bankın fəaliyyəti, yenilikləri haqqında press-relizlərin, müsahibələrin hazırlanmasında iştirak;
•    Kommunikasiya mətnlərinin İngilis və Rus dillərinə tərcümə edilməsi;
•    Bank rəhbərliyinin KİV və digər ictimaiyyət nümayəndələri ilə görüşlərinin, mətbuat konfranslarının və brifinqlərinin təşkilində iştirak;
•    KİV-də Bankla bağlı materialların aylıq monitorinqinin və uçotunun aparılmasında, analitik informasiyaların, təqdimatların hazırlanmasında iştirak;
•    Bankın korporativ sosial məsuliyyət (KSM) siyasətinin  icrasında iştirak;
•    Bankın təşkilatçılığı ilə keçirilən korporativ tədbirlərin təşkilinə dəstək;
•    Bankın məhsul və xidmətlərinin təşviqi, habelə Bank tərəfindən təşkil olunan ictimaiyyətlə əlaqələr (PR) tədbirləri üçün zəruri olan çap (buklet, broşür, liflet, flayer və s.) və rəqəmsal reklam-məlumat xarakterli materialların hazırlanmasında iştirak.

Bizim üçün uyğun namizəd:
•    Jurnalistika, filologiya, yaxud digər humanitar ixtisaslar üzrə ali təhsil;
•    Sahə üzrə minimum 3 il təcrübə;
•    Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə yazı və redaktə bacarığına sahib olan şəxsdir.