Maliyyə hesabatlığı və təhlil şöbəsi üzrə data scientist (mütəxəssis)

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:
• Bir çox mənbədən məlumatların toplanılması;
• Müxtəlif həcmdə strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili, emalı, modelləşdirilməsi;
• Maliyyə hesabatlarının təkmilləşdirilməsi üçün yeni modellərin hazırlanması;
• Müxtəlif maliyyə modellərin təhlil edilməsi və mövcud modellərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Model performansının nəticələrinin vizuallaşdırılması və təhlili;
• Prosesləri təkmilləşdirmək üçün maşın öyrənmə modellərinin hazırlanması və tətbiqi;
• Müxtəlif vizuallaşdırılma üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
• Modelləri əsas maraqlı tərəflərə təqdim edilməsi, anlaşılan və sadə yollarla izah edilməsi.


Bizim üçün uyğun namizəd:
• Statistika, riyaziyyat, kompüter elmləri, data science, machine learning və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsinə;
• Riyaziyyat, statistika və alqoritmlər üzrə dərin biliklərə;
• Python üzrə sübut olunmuş təcrübə və inamlı biliklərə;
• Əsas kitabxanalardan istifadə edərək ML sistemlərinin inkişaf etdirmə təcrübəsinə;
• Əsas ML alqoritmlərini başa düşmək bacarığına;
• Məlumatların ölçülərini təhlil etmək və hesablamaq təcrübəsinə;
• Mürəkkəb sistemləri və texniki terminləri texniki olmayan insanlar üçün aydın, qısa şəkildə izah etmək və uyğunlaşdırmaq bacarığına;
• Texniki materialları oxumaq səviyyəsində ingilis dili biliklərinə;
• Mövcud məlumatları, cədvəlləri, sorğuları, hesabatları induktiv və analitik təhlil bacarığına;
• Analitik qabiliyyət və məntiqi təfəkkür bacarığına;
• Yaradıcılıq, innovasiya, problemləri həll etmə və qərar vermə bacarığına ;
• Əlaqəli sahədə minimum 2 il peşəkar təcrübəsinə;
• Məlumatların təhlili və proqramlaşdırma dilləri üzrə minimum 2 il peşəkar təcrübəsinə;
• Uyğun sahə üzrə sertifikatın olması və orta səviyyədə rus və ingilis dili üzrə biliklərə sahib olan şəxsdir.