Pərakəndə seqment sahəsinin müştəri təcrübələri üzrə mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Loyallıq proqramının performansını və kampaniyaların effektivliyini izləmək üçün hesabatların hazırlanması.
  • Müştəri loyallığı və müştəri məmnuniyyəti ilə bağlı trendləri müəyyən etmək üçün müştəri məlumatlarının təhlil edilməsi.
  • Məhsul üzrə tətbiq olunan yeni təşəbbüslərin və ya dəyişikliklərin müştərilərə təsirinin ölçülməsi.
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və təkliflərin hazırlanması;
  • Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum bir il iş təcrübəsinə;
  • İngilis dili biliklərinə (orta səviyyədə);
  • Satış və/və ya məhsulların yaradılması şöbələrində iş təcrübəsinə (üstünlükdür);
  • Yaxşı səviyyədə MS Excel, SQL biliklərinə;
  • Orta səviyyədə Python və məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.