Əməliyyatlara nəzarət və dəstək şöbəsinə kiçik mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Departamentin əsasnaməsinə uyğun olaraq, şöbəyə aid vəzifələrin icrasından irəli gələn işlərin görülməsi.
  • Bankın daxili intizam qaydalarına ciddi riayət etmək.
  • Rəhbərliyin tapşırığı əsasında şöbənin fəaliyyətinə aid olan məktublara, ərizə və şikayətlərə baxmaq, nəticələri şöbə müdirinə məruzə etmək, daxil olan müraciətləri səlahiyyətləri hüdudlarında həll etmək.
  • Rəhbərliyin tapşırığı əsasında icra edilmiş əməliyyatların təhlilinin və monitorinqinin həyata keçirilməsi;
  • Bank sirrinin qorunmasını təmin etmək;
  • Əməliyyatların Bankın siyasətinə və prosedurlarına uyğun verilməsini və idarə olunmasına nəzarət etmək;
  • Zəruri hallarda şöbə üzrə kargüzar funksiyalarını yerinə yetirən işçini əvəz etmək;
  • Zəruri hallarda digər şöbə üzrə əmək funsiyalarını yerinə yetirmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar cari sənədləri tərtib etmək və dosye yaratmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Yaxşı səviyyədə MS Office proqramlarında sərbəst işləmə bacarığı olan;
  • Excel və SQL bilikləri yüksək səviyyədə olması;
  • Komandada işləmək bacarığına malik şəxsdir.