Daxili nəzarət departamenti İnsidentlərin təhlili və araşdırılması şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi / aparıcı mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Daxil olmuş sorğular əsasında Bankda mövcud olan insidentlər və ya baş verə biləcək fraud halları üzrə müvafiq araşdırmaların aparılması;
  • Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq kənarlaşmaların aradan qaldırılması istiqamətində qanunvericilklə qəbul olunmuş tədbirlərin görülməsi;
  • Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğu baxımından distant və yerində yoxlamaların həyata keçirilməsi;
  • Bankda mövcud olan nəzarət sistemlərinin effektivliyi istiqamətində monitorinqlərin aparılması, nəzarət sistemlərinin qabaqcıl təcrübəyə uyğunluğu baxımdan qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Bankın fəaliyyətini əhatə edən biznes proseslərdə mövcud olan nəzarət mexanizmlərini gücləndirən yeni alət və mexanizmlər barədə tövsiyələrin verilməsi;
  • Aparılan yoxlamalar zamanı, sahə üzrə risklərin müəyyən edilməsi. Risklərin mitiqasiyası üzrə müvafiq nəzarət tədbirlərin tətbiqi istiqamətində tövsiyələrin verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
  • İnduktiv və analtik təhlil etməyi bacaran;
  • MS Office proqramlarında iş bacarığı olan;
  • Bankda minimum 1-2 il iş təcrübəsi olan;
  • Flexcube, Bİ və BPM üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik şəxsdir.