Texniki xidmət və proqram təminatının yüklənməsi üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

- POS-terminalların anbar işinin təşkili, ehtiyyat hissələrinin qeydiyyatının aparılması;
- Təsərrüfat subyektlərindən geri təhvil alınmış POS-terminal avadanlıqlarının texniki yoxlanışının həyata keçirilərək anbara daxil edilməsi;
- Potensial texniki problemləri müəyyənləşdirmək və aradan qaldırılması istiqamətində aidiyyatı tərəflərlə işləri icra etmək;
- POS-terminalların ticarət subyektlərində quraşdırılması;
- POS-terminalların proqram təminatı ilə təchiz olunması;
- Ticarət subyektində POS-terminalların istifadə qaydaları barədə müəssisənin əməkdaşlarına təlimat vermək;

Bizim üçün uyğun namizəd:

- Ali təhsil (üstünlük verilir);
- Fundamental hardware, software, periferiya qurğuların və printer problemlərini və nasazlıqlarını aradan qaldırılması üzrə biliklər və bacarıqlar;
- Rus dili (sərbəst)
- Problemləri düzgün analiz edə bilmə bacarığı;
- Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- MS Office (yüksək səviyyədə)
- İti bucaqlı düşüncə, troubleshooting bacarıqlarına malik olması;
-1C proqram təminatından istifadə bacarığı olan şəxsdir