İstifadəçi təcrübəsi və dizayn şöbəsinə UI/UX üzrə dizayner/aparıcı dizayner

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Product owner, Dizayn Rəhbəri ilə birgə, istifadəçi istəklərinə, Bankın vizyonuna və biznes tələblərinə uyğun olaraq UX/UI dizaynlarının yaradılması;
  • Biznes ehtiyaclarını anlamaq, təhlil etmək və uyğun dizayn həllərinə tətbiq etmək;
  • UX araşdırma çərçivəsində keyfiyyət araşdırmasının və istifadəçi yönümlü məhsulların hazırlanması;
  • Fərziyyələrin testi, istifadəçi testi və A/B test kimi metodlarla məhsulun istifadə yönümlülüyünü yoxlamaq və dizaynı doğru istiqamətləndirmək;
  • CJM-lər, Mind map, İnformasiya arxitekturası yaratmaq;
  • Məhsula dair çalışan bütün məhsul və rəqəmsal komanda üzvləri ilə əməkdaşlıq etmək, kommunikasiyada olmaq və dəstək olmaq;
  • Hazır məhsulları istifadə dövündə izləmək, istifadəçi geridönüşlərini, onların hərətətinə dair kəmiyyət məlumatlarını toplamaq;
  • Məhsullar arası dizayn qaydlaynlarına və prinsiplərinə riayət etmək, onların inkişafı istiqamətində təkliflər etmək;
  • Komandadaxili mövcud olan çox istiqamətli iş proseslərinə riayət etmək;
  • Hazırlanan dizaynlara texniki uyğunluğunu təmin etmək, programçılarla sıx işləmək.

 Bizim üçün uyğun namizəd:

  • UX/UI dizayn sahəsində 3+ il iş təcrübəsinə;
  • Təcrübənizi əks etdirən güclü portfolio (case sutudy və yaradılma prosesinin izahı ilə);
  • Güclü vizual dizayn və UX Dizayn bacarığına;
  • Mobil (IOS, Android) və Web platformalarda dizayn təcrübəsinə;
  • Yaxşı səviyyədə prototip və interaction dizayn bacarığına;
  • Sürətli həll tapmağa açıq, vaxtı idarəetmə bacarıqlarına;
  • Planlaşdırma və prioritetləşdirmə bacarığına;
  • Əməkdaşlıq etmək, ünsiyyət qurmaq və təqdimat bacarıqlarına;
  • Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq olan;
  • Ali təhsili olan;
  • Orta səviyyədə Rus və İngilis dili biliklərinə sahib olan şəxsdir.