Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.                    

Bizim üçün uyğun namizəd:

  • Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
  • Azərbaycan dilində  yüksək səviyyədə yazma qabiliyyətinə;
  • Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
  • Minimum 1 il iş təcrübəsinə;
  • Konfidensial məlumatlarla və stress altında işləmək bacarığına sahib olan şəxsdir.