Aparıcı Scrum Master

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Agile və Scrum təcrübələrini komanda işi zamanı tətbiq etmək;
  • Sprint planlamasından təqdimata qədər komanda görüşlərinin keçirilməsini dəstəkləmək;
  • Gündəlik görüşlərdə, müxtəlif ölçü alətlərindən istifadə edərək komandanın məqsədlərinə çatmasını və proqresini izləmək;
  • Digər squadlar ilə qarşılıqlı əlaqələri kordinasiya  etmək (məsələn rüblük görüşləri planlaşdırmaq və digər komandalarla görüşləri sinxronizasiya etmək);
  • Digər qruplara və təşkilatın hissələrinə komanda ilə effektiv ünsiyyət və qarşılıqlı əlaqə qurmağa kömək etmək;
  • Agile görüşlərinin və praktikalarının uyğunluğunu və tətbiqini təmin etmək, həmçinin  ehtiyac yarandığı halda yeni texnikaları komandaya öyrətmək;
  • Komanda üzvləri arasında retrospektivləri və rəy mübadiləsini asanlaşdırmaqla inamlı mühit yaratmaq və onu qorumaq;
  • Retrospektiv görüşlərin nəticəsindən asılı olaraq, komandaların zəif və güclü tərəflərini müəyyən etmək və müvafiq kommunikasiya və tədbirlər planını hazırlamaq;
  • Komandanın yolundakı maneələri təmizləmək (məsələn, digər Komandalardan asılılıqlar), maneələrin siyahısını saxlamaq;
  • Komandaya scrum metodologiyası, eləcə də özünü təşkil etmə və çarpaz funksionallığın tətbiqi üzrə dəstək olmaq;
  • Məhsulun inkişafına öz səlahiyyətləri daxilində töhfə vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Sahə üzrə minimum 2 il təcrübəyə;
  • Güclü ünsiyyət bacarıqlarına;
  • Komandaya çevik təcrübələr öyrətmək və maksimum biznes dəyərini vaxtında çatdırmaq üçün agile metodologiyaya riayət etməyi təmin etmək bacarığına;
  • İddialı, inamlı, komandanın səsi olmaq bacarığına;
  • Yenilikçi düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığına;
  • Müvafiq istiqamətlər/məhsullar/ müştəri təcrübələri haqqında biliklərə;
  • Məhsul sahibi, proqramçı və layihə rəhbəri kimi iş təcrübəsinə ( üstünlükdür);
  • Scrum və Agile komandalarda işləmə təcrübəsinə (böyük üstünlükdür);
  • Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlara (PSM, CSM, PMP, PSPO) (üstünlükdür);
  • Maneələri müəyyən etmək, onlara proaktiv yanaşmaq, maneələri idarə etmək üçün əlaqədar təşkilatın maraqlı tərəfləri ilə əlaqə saxlamaq bacarığına;
  • Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
  • Konstruktiv ünsiyyət və mentorluq bacarıqlarına sahib olan şəxsdir.