Proqramlaşdırmanın təhlükəsizliyi üzrə baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bank servislərinə aid mənbə kodlarının təhlilini həyata keçirmək;
  • Statik kod analiz proseslərinin davamlılığını, nəticələrini mütəmadi olaraq izləmək;
  • Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə təkliflərlə çıxış etmək;
  • Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün strukturlar ilə daim əlaqə saxlamaq;
  • DevSecOps praktikalarını tətbiq etmək;
  • Secure coding ilə əlaqəli araşdırmalar aparmaq.

 

Bizim üçün uyğun namizəd:

 

  • Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə);
  • Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
  • Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları;
  • Təhlükəsiz proqramlaşdırma üzrə ən azı 3 illik təcrübə;
  • SAST (Static Application Security Testing) alətləri ilə iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi və proqram təminatının təhlükəsizlik testləri ilə bağlı iş təcrübəsi;
  • Əsas proqramlaşdırma dillərini bilmək (Java, C#, Python, JavaScript və s.)
  • OWASP Top 10 və digər təhlükəsizlik standartları haqqında dərin bilik;
  • CI/CD mühitlərində təhlükəsizlik tədbirlərini inteqrasiya etmə təcrübəsi;
  • Təhlükəsizlik üzrə hesabatlar və təhlillər təqdim etmək bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti olan şəxsdir.