Brendin idarə edilməsi şöbəsinin Qrafik -Motion dizayneri

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Rəqəmsal və sosial media üçün yüksək keyfiyyətli animasiyalar və hərəkətli qrafiklər yaratmaq;
  • Marketinq və reklam kampaniyaları üçün vizual məzmun hazırlamaq;
  • Videomontaj və effektlərin tətbiqi;
  • Layihə tələblərinə uyğun statik / hərəkətli dizaynlar hazırlamaq və icra etmək;
  • Dizayn trendlərini və yeni texnologiyaları izləmək;
  • Komanda ilə birgə işləyərək layihələri vaxtında və keyfiyyətli şəkildə tamamlanmaq.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan;
  • After Effects, Blender, Cinema 4D və digər müvafiq proqram (Adobe Creative Suite) təminatları ilə peşəkar səviyyədə işləmək bacarığına; 
  • Rəqəmsal animasiya və hərəkətli qrafiklərin yaradılması üzrə ən azı 2 il iş təcrübəsinə;
  • Güclü yaradıcı və texniki bacarıqlarına;
  • Komandada işləmə və vaxt idarəetmə bacarıqlarına; 
  • 3D hərəkətli və statik bacarıqlarına (arzuolunandır);
  • Portfolionun təqdim etmə qabiliyyətinə sahib olan şəxsdir.