Korporativ idarəetmə və metodologiya şöbəsi üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankdaxili biznes proseslərin təhlilini həyata keçirmək, optimallaşdırma imkanları ilə bağlı təkliflər vermək və biznes prosesləri müvafiq alətlər vasitəsilə vizuallaşdırmaq (proses xəritələrini hazırlamaq);
  • Bankdaxili biznes prosesləri tənzimləyən normativ sənəd layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Bankın struktur bölmələrinə və törəmə müəssisələrinə onların müraciəti əsasında korporativ idarəetmə və normayaratma fəaliyyətləri üzrə metodoloji dəstək göstərmək.

Bizim üçün uyğun namizəd:

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsili olan (xaricdə təhsil və ya beynəlxalq sertifikatlar arzuolunandır);
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan;
  • Azərbaycan dilini yaxşı səviyyədə bilən və bu dildə yüksək səviyyədə yazma qabiliyyətinə malik olan (ingilis və rus dillərini bilmək əlavə üstünlükdür);
  • Güclü kommunikasiya və təqdimat bacarığı olan;
  • Biznes proseslərin təhlili, vizuallaşdırılması (proses xəritələrinin hazırlanması) və optimizasiyası istiqamətində təcrübənin olması əlavə üstünlükdür.