Görəcəyiniz işlər:
- Mərkəzi Bankın və ABB-nin müvafiq normativ hüquqi aktları çərçivəsində bank xidmətlərinin göstərilməsi;
- Hesablar üzrə əməliyyatların aparılması, ödəniş tapşırıqları və konvertasiya əməliyyatlarının icra edilməsi, depozit seyfləri icarəsinin rəsmiləşdirilməsi ;
- İpoteka kreditlərin və əmanətlərin rəsmiləşdirilməsi, debet və kredit kartlarının sifarişi
- Əməliyyatların icrası ilə bağlı müvafiq sənədlərin hazırlanması, yoxlanılması və icrasına nəzarət edilməsi;
- Müştərilərin Onboarding dəstəyi - sənədlərin toplanılması, KYC qaydalarına uyğunluğunun təmin edilməsi, mövcud və yeni cəlb edilmiş İmtiyazlı/Xüsusi imtiyazlı müştərilərin AƏS-də uçotu ilə bağlı əməliyyatların aparılması;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırma sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, şübhəli əməliyyatların aşkarlanması üçün daxili qaydalara uyğun olaraq, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
- Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında bu biliklərin yenilənməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- İpoteka sahəsində 1 ilə qədər təcrübəsi olan;
- MS Office proqramlarında işləmək bacarığı olan;
- Bank fəaliyyətini tənzimləyən qanunvericilik ilə tanışlığı olan;
- Mərkəzi Bankın aktları və normativ sənədləri ilə tanışlığı olan;
- Analitik düşüncə tərzinə;
- Problemləri həll etmə bacarığına;
- Komandada işləmə bacarığına;
- Stressə davamlılığa;
- Kommunikasiya bacarıqlarına sahib olan şəxsdir.