Görəcəyiniz işlər:
- Agile çərçivəsində çalışmaq;
- Bank məhsullarının optimallaşdırılması və risklərin azaldılması üçün təkliflər vermək;
- Biznes tələblərinə uyğun olaraq məhsulun inkişaf istiqamətini müəyyənləşdirmək.
- Hər məhsul üçün roadmap və uyğun backlog hazırlamaq;
- Sprint planlaması etmək və tapşırıqları sprint hədəflərinə uyğun olaraq prioritetləşdirmək;
- Layihə gedişatını izləmək və lazım olduqda inkişaf prosesində dəyişikliklər etmək;
- Digər məhsul sahibləri ilə daimi əlaqə saxlamaq, kəsişən və asılı məqamları öncədən müəyyənləşdirmək və iş prosesində nəzərə almaq;
- Məhsulun keyfiyyət testlərinin müntəzəm aparılmasına nəzarət etmək;
- Məhsulun hazırlanmasında iştirak edən komanda üzvləri arasında şəffaf və düzgün kommunikasiya təmin etmək;
Bizim üçün uyğun namizəd
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi olan;
- Bank məhsulları ilə tanış olan;
- Məlumat analizi sahəsində təcrübəsi və problemləri analitik həll etmə bacarığı olan;
- Məqsədləri təyin etmək, prioritetləşdirmək və liderlik bacarıqları olan;
- Aidiyyəti və maraqlı tərəflərə tələb və təklifləri izah etmək üçün güclü ünsiyyət və təqdimat bacarıqları olan;
- Komanda ilə işləməyi və eyni anda bir neçə layihəni idarə etməyi bacaran;
- Scrum və Agile metodologiyaları ilə təcrübəsi olan;
- Texnoloji yenilikləri izləyən və məhsul inkişafında innovativ həllər təqdim edən namizəddir.