Görəcəyiniz işlər:
• Agile ofisdə yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi;
• Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və report hazırlanmasını təmin etmək;
• Agile idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması;
• Zəruri hesabatların hazırlanması və standartların müəyyən edilməsi;
• Müvafiq proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi;
• Agile ofisin fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanmaq, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığı aparılmaq
• Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək.
Bizim üçün uyğun namizəd
• Ali təhsilə (maliyyə və iqtisadi sahədə təhsil üstünlükdür);
• Əlaqədar sahələrdə minimum 1 illik iş təcrübəsinə (Bank sektoru);
• MS Ofis proqramları ilə işləmə bacarığına;
• Qanunvericilik, sənədləşmə, bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklərə;
• Yaxşı səviyyədə ingilis dili biliklərə;
• Hüquqi şəxslərə xidmət bölməsində təcrübəsi və Bankın pərakəndə və korporativ məhsulları üzrə biliklərə;
• Agile/Scrum metodologiyaları üzrə biliklərə sahib olan şəxsdir.