Görəcəyiniz işlər:
- İT İdarəetmə (İT Governance) Sisteminin və müvafiq İT nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə (COBİT, İTİL və s.) və qabaqcıl təcrübələrə uyğun analiz edilməsi və dizayn edilməsi
- İT proseslərin effektivliyinin artırılması istiqamətində mütəmadi olaraq praktikaların araşdırılması və Bankda tətbiqində dəstək göstərilməsi
- İT Proseslər üzrə normativ sənədlərin yaradılması, uyğun strukturlarla kommunikasiya edilməsi, normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi və yenilənməsinə dəstək olmaq
- İT audit tapıntılarının, İT riskərin aradan qaldırılması istiqamətində nəzarət mexanizmlərinin təklif edilməsi və tətbiqində dəstək göstərilməsi
- Bankda tətbiq edilən İT nəzarət mexanizmlərinin requlyativ tələblərə uyğunluğunun mütəmadi olaraq nəzarət edilməsi və tətbiq edilməsində dəstək göstərilməsi
Bizim üçün uyğun namizəd:
- Komputer Elmləri, İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları və digər əlaqəli sahə üzrə Ali təhsili;
- İT Audit, İnformasiya Təhlükəsizliyi, İT Risklərin idarə edilməsi və ya digər oxşar sahələr istiqamətində bilik və ya təcrübəsi;
- ITIL, COBIT və digər əlaqəli İT idarəetmə standartları haqqında biliklər və ya təcrübə;
- Agile Scrum, Kanban metodologiyaları haqqında bilikləri;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi, Rus dilində orta səviyyədə ünsiyyət bacarığı;
- Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Ofis proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı olan namizəddir.
- COBİT, İTİL, CİSA, CİSM və ya digər əlaqəli İT sertifikatların olması üstünlükdür.