Görəcəyiniz işlər:
- Agile və Scrum təcrübələrini komanda işi zamanı tətbiq etmək;
- Sprint planlamasından təqdimata qədər komanda görüşlərinin keçirilməsini dəstəkləmək;
- Gündəlik görüşlərdə, müxtəlif ölçü alətlərindən istifadə edərək komandanın məqsədlərinə çatmasını və proqresini izləmək;
- Digər squadlar ilə qarşılıqlı əlaqələri kordinasiya etmək (məsələn rüblük görüşləri planlaşdırmaq və digər komandalarla görüşləri sinxronizasiya etmək);
- Digər qruplara və təşkilatın hissələrinə komanda ilə effektiv ünsiyyət və qarşılıqlı əlaqə qurmağa kömək etmək;
- Agile görüşlərinin və praktikalarının uyğunluğunu və tətbiqini təmin etmək, həmçinin ehtiyac yarandığı halda yeni texnikaları komandaya öyrətmək;
- Komanda üzvləri arasında retrospektivləri və rəy mübadiləsini asanlaşdırmaqla inamlı mühit yaratmaq və onu qorumaq;
- Retrospektiv görüşlərin nəticəsindən asılı olaraq, komandaların zəif və güclü tərəflərini müəyyən etmək və müvafiq kommunikasiya və tədbirlər planını hazırlamaq;
- Komandanın yolundakı maneələri təmizləmək (məsələn, digər Komandalardan asılılıqlar), maneələrin siyahısını saxlamaq;
- Komandaya scrum metodologiyası, eləcə də özünü təşkil etmə və çarpaz funksionallığın tətbiqi üzrə dəstək olmaq;
- Məhsulun inkişafına öz səlahiyyətləri daxilində töhfə vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Sahə üzrə minimum 2 il təcrübəyə;
- Güclü ünsiyyət bacarıqlarına;
- Komandaya çevik təcrübələr öyrətmək və maksimum biznes dəyərini vaxtında çatdırmaq üçün agile metodologiyaya riayət etməyi təmin etmək bacarığına;
- İddialı, inamlı, komandanın səsi olmaq bacarığına;
- Yenilikçi düşüncəni və özünü inkişaf etdirməyi təşviq etmək bacarığına;
- Müvafiq istiqamətlər/məhsullar/ müştəri təcrübələri haqqında biliklərə;
- Məhsul sahibi, proqramçı və layihə rəhbəri kimi iş təcrübəsinə ( üstünlükdür);
- Scrum və Agile komandalarda işləmə təcrübəsinə (böyük üstünlükdür);
- Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlara (PSM, CSM, PMP, PSPO) (üstünlükdür);
- Maneələri müəyyən etmək, onlara proaktiv yanaşmaq, maneələri idarə etmək üçün əlaqədar təşkilatın maraqlı tərəfləri ilə əlaqə saxlamaq bacarığına;
- Yüksək motivasiyalı, təşəbbüskar və eyni zamanda peşəkar yanaşmalı komanda oyunçusu olan;
- Konstruktiv ünsiyyət və mentorluq bacarıqlarına sahib olan şəxsdir.