Marketinq departamentinin Korporativ kommunikasiya şöbəsinə kiçik mütəxəssisi / mütəxəssisi

Müvəqqəti Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Bankın kommunikasiya mətnlərinin İngilis dilinə tərcümə edilməsi;
  • Bank rəhbərliyinin KİV və digər ictimaiyyət nümayəndələri ilə görüşlərinin, mətbuat konfranslarının və brifinqlərinin təşkilində iştirak;
  • KİV-də Bankla bağlı materialların aylıq monitorinqinin və uçotunun aparılmasında, analitik informasiyaların, təqdimatların hazırlanmasında iştirak;
  • Bankın korporativ sosial məsuliyyət (KSM) siyasətinin formalaşdırılması və icrasında iştirak;
  • Bankın təşkilatçılığı ilə keçirilən bankdankənar korporativ tədbirlərin təşkilinə dəstək;
  • Bankın məhsul və xidmətlərinin təşviqi, habelə Bank tərəfindən təşkil olunan ictimaiyyətlə əlaqələr (PR) tədbirləri üçün zəruri olan çap (buklet, broşür, liflet, flayer və s.) və rəqəmsal reklam-məlumat xarakterli materialların hazırlanmasında iştirak.

Bizim üçün uyğun namizəd:

  • Jurnalistika, filologiya, yaxud digər humanitar ixtisaslar üzrə ali təhsilinə;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazı və redaktə bacarığna sahib olan şəxsdir.