Məlumatların və proqramların təhlükəsizliyi arxitekturası üzrə baş mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi;
  • Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi;
  • Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi;
  • Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi;
  • IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması.
  • Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi;
  • IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi.

 

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə);
  • Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
  • Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 5 il təcrübə;
  • Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva);
  • Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayış;
  • CİS kimi uyğunluq standartlardan anlayışın olması;
  • Texniki problemləri həll etmə bacarıqları;
  • Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları;
  • Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir.