Görəcəyiniz işlər:
- Bankın ictimaiyyətlə əlaqələr planının hazırlanmasında və icrasında iştirak;
- Bankın fəaliyyəti, yenilikləri haqqında press-relizlərin, müsahibələrin hazırlanmasında iştirak;
- Kommunikasiya mətnlərinin İngilis və Rus dillərinə tərcümə edilməsi;
- Bank rəhbərliyinin KİV və digər ictimaiyyət nümayəndələri ilə görüşlərinin, mətbuat konfranslarının və brifinqlərinin təşkilində iştirak;
- KİV-də Bankla bağlı materialların aylıq monitorinqinin və uçotunun aparılmasında, analitik informasiyaların, təqdimatların hazırlanmasında iştirak;
- Bankın korporativ sosial məsuliyyət (KSM) siyasətinin formalaşdırılması və icrasında iştirak;
- Bankın təşkilatçılığı ilə keçirilən bankdankənar korporativ tədbirlərin təşkilinə dəstək;
- Bankın məhsul və xidmətlərinin təşviqi, habelə Bank tərəfindən təşkil olunan ictimaiyyətlə əlaqələr (PR) tədbirləri üçün zəruri olan çap (buklet, broşür, liflet, flayer və s.) və rəqəmsal reklam-məlumat xarakterli materialların hazırlanmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Jurnalistika, filologiya, yaxud digər humanitar ixtisaslar üzrə ali təhsil;
- Sahə üzrə minimum 5 il təcrübə;
- Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
- Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə yazı və redaktə bacarığına sahib olan şəxsdir.