İpoteka sahəsinin müştəri təcrübələri üzrə mütəxəssisi / aparıcı / baş mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
  • Maraqlı tərəflərlə əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
  • Öz istiqaməti üzrə müştərilərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
  • Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
  • Ehtiyac olduqda bankın digər struktur bölmələri ilə əməkdaşlığın qurulması;
  • Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin siyahısının tərtib edilməsi, yenilənməsi və prioritetləşdirilməsi;
  • Komanda üzvləri (dizayner, biznes analitik, developer və s.) ilə mütəmadi əlaqədə olaraq biznes tələblərinin tətbiq edilməsi;
  • Tribe tələblərinə uyğun məlumatın toplanması, təhlili və hesabatların hazırlanması;
  • Strateji qərarların verilməsində və dəyişdirilməsində, habelə əsas bizneslə bağlı fəaliyyətlərin dəstəklənməsi məqsədiylə data və statistik analizlərin aparılması;
  • Biznes strukturları və rəhbərlik üçün vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması;
  • Görüləcək işləri ilkin texniki araşdırmaq,
  • Agile komandası ilə texniki tapşırıqları müzakirə etmək.

Bizim üçün uyğun namizəd:

 

  • Ali təhsilə ( Magistr təhsili üstünlükdür);
  • Bank sahəsində minimum 3 il iş təcrübəsinə;
  • BPMN sistemləri üzrə (Figma, draw.io, Miro və s.) üzrə biliklərə;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.