Görəcəyiniz işlər:
- Strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
- İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
- Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
- Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onlarla yaxından çalışmaq;
- Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
- Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (xarici təhsil və ya beynəlxalq sertifikat üstünlükdür);
- Ən azı 4 il iş təcrübəsi olan;
- Konsaltinq təcrübəsinə sahib olan;
- Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
- Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
- Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
- Yüksək təqdimat və ünsiyyət qabiliyyətinəsahib olan şəxsdir.