Rəqəmsal marketinq şöbəsinin kiçik mütəxəssisi

Daimi Tam gün

İş haqqında

  Görəcəyiniz işlər:

  • Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google Display Network, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq) bank brendi və məhsullarını potensial hədəf kütləsinə çatdırılmasının təmin edilməsi;
  • Bankın sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsinə nəzarət;
  • Bankın korporativ və məhsul səhifələrində mütəmadi olaraq aidiyyəti hissələrin yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarəti;
  • Bankın rəqəmsal platformada aktivliyinin təmin edilməsi;
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması üçün hesabatlar verilməsi;
  • Rəqəmsal trendlərin izlənməsi və onların tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması, seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanmasında aktiv iştirak.
  • SEO üzrə on-site işlərin icrası.

     Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə (İqtisadiyyat, Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • Azərbaycan, ingilis dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığına (rus dili arzu olunandır);
  • Ofis proqramlarında sərbəst iş bacarığına;
  • Google Analytics ilə tam şəkildə işləmə bacarığına;
  • Google tag manager, Google Optimize biliklərinə;
  • Marketinq layihələrinin idarə edilməsinə;
  • Ünsiyyət və təqdimat bacarıqlarına;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyətinə;
  • Bank sektorunda və ya bank məhsulları ilə iş təcrübəsinə (üstünlükdür);
  • DMI və ya bənzər sertifikatlara malik olan şəxsdir.  (üstünlükdür).