Görəcəyiniz işlər:
- ƏL/TMM məqsədilə Bankda aparılmış əməliyyatların monitorinqini həyata keçirmək;
- Şübhəli əməliyyatların (indikatorlara uyğun) aşkar edilməsi və araşdırılması;
- Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğun gəlmənin araşdırılması;
- Yeni indikatorların testləşdirilməsi prosesində iştirak etməsi;
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə əlaqədar proseslərin avtomatlaşdırılması üçün təkliflərin verilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olan;
- Bank sahəsində 1-3 ilə qədər iş təcrübəsi olan;
- Xarici dil: İngilis və rus dillərini orta səviyyədə bilən;
- MS Ofis proqramlarında orta səviyyədə işləmə bacarığı olan;
- İnduktiv və analitik təhlil bacarığı olan;
- Problemləri həll etmə bacarığına sahib olan;
- Komandada iş bacarıqlarına sahib olan;
- Təqdimat bacarığı olan;
- Departamentin fəaliyyət sahəsinin tənzimləyən qanunvericilik bazası ilə tanışlığı olan şəxslər.