Görəcəyiniz işlər:
• Agile metodologiyası ilə çalışan sahələrin təkliflərinə çevik qərarların verilməsi;
• Məhsulun bazara çıxarılması zamanı maliyyə əsaslandırılması, gəlir və xərc modellərinin qurulması (eyni zamanda ROE, LTV);
• Bazar araşdırmasının aparılması, beynəlxalq və yerli trendlərin araşdırılması, rəqiblərin analizi;
• Sahələr üzrə hədəflərin müəyyən olunması;
• Strukturların aylıq və rüblük hədəflərinin icrası, varyans analizi və maliyyə proqnozları daxil olmaqla maliyyə hesabatlarının hazırlanması;
• Müxtəlif mənbələrdən maliyyə məlumatlarının toplanması, təhlili və interpretasiya edilməsi;
• İnvestisiya imkanlarını, biznes imkanlarını və yenilikləri qiymətləndirmək;
• Uzunmüddətli maliyyə strategiyaları və məqsədlərinin inkişafına dəstəyi təmin etmək;
• Əlaqəli sahələrlə, şöbələrlə, eyni zamanda Agile ofis ilə sıx əməkdaşlığı təmin etmək;
• Maliyyə nəticələrinin və tövsiyələrin maraqlı tərəflərə yüksək təqdimat bacarığı ilə çatdırılmasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsinə (tələb olunur);
• Fiziki kanallar üzrə aparılmış əməliyyat xərclərinin optimallaşdırılması sahəsində (minimum 2-3 il);
• Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır);
• Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığına;
• Mükəmməl ünsiyyət və təqdimat bacarıqlarına;
• Vaxtın idarə edilməsi bacarıqlarına;
• Komandada iş bacarıqlarına sahib olan şəxsdir.
Beynəlxalq sertifikatlar (CFA, CFI, CIMA) və Xarici dil biliyi üzrə sertifikatlar (IELTS, TOEFL, Duolingo) üstünlükdür.
Büdcə şöbəsinin mütəxəssisi (Fiziki kanallar üzrə)
Daimi
Tam gün
Müraciət et