Satınalma əməliyyatları şöbəsinin mütəxəssisi

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər:

  • Satınalmanın  həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirilməsi;
  • Tender  və kotirovkaların həyata keçirilməsinin təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  •  Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması , təkliflərin müqayisəli təhlilinin   aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Aparılan əməliyyatların reyestrinin aparılması;
  • Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilli (CİPS sertifikatının olması arzuolunandır);
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilən;
  • Satınalma sahəsində ən az 4 il iş təcrübəsinə sahib;
  • IT sahəsi üzrə satınalma təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • MS office proqramlarını əla səviyyədə bilən;
  • ERP ilə bağlı təcrübəsi olan;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına malik;
  • Layihələrin idarə olunması bacarığına sahib olan.