Görəcəyiniz işlər:
- Agile metodologiyası ilə çalışan sahələrin təkliflərinə çevik qərarların verilməsi;
- Məhsulun bazara çıxarılması zamanı maliyyə əsaslandırılması, gəlir və xərc modellərinin qurulması (eyni zamanda ROE, LTV);
- Bazar araşdırmasının aparılması, beynəlxalq və yerli trendlərin araşdırılması, rəqiblərin analizi;
- Sahələr üzrə hədəflərin müəyyən olunması;
- Strukturların aylıq və rüblük hədəflərinin icrası, varyans analizi və maliyyə proqnozları daxil olmaqla maliyyə hesabatlarının hazırlanması;
- Müxtəlif mənbələrdən maliyyə məlumatlarının toplanması, təhlili və interpretasiya edilməsi;
- İnvestisiya imkanlarını, biznes imkanlarını və yenilikləri qiymətləndirmək;
- Uzunmüddətli maliyyə strategiyaları və məqsədlərinin inkişafına dəstəyi təmin etmək;
- Əlaqəli sahələrlə, şöbələrlə, eyni zamanda Agile ofis ilə sıx əməkdaşlığı təmin etmək;
- Maliyyə nəticələrinin və tövsiyələrin maraqlı tərəflərə yüksək təqdimat bacarığı ilə çatdırılmasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsinə (tələb olunur);
- Kart biznesi sahəsində təcrübəyə (minimum 2-3 il);
- Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır);
- Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığına;
- Mükəmməl ünsiyyət və təqdimat bacarıqlarına;
- Vaxtın idarə edilməsi bacarıqlarına;
- Beynəlxalq sertifikatlara (CFA, CFI, CIMA) və Xarici dil biliyi üzrə sertifikatların olmasına (IELTS, TOEFL, Duolingo) (üstünlükdür) ;
- Komandada iş bacarıqlarına sahib olan şəxsdir.