Görəcəyiniz işlər:
- Müştəri portretinin müəyyən edilməsi;
- Yeni və cari müştəri ehtiyaclarını anlamaq üçün sorğuların tərtib edilməsi ve keçirilməsi;
- Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
- Müştəri təcrübəsinin inkişaf etdirilməsi üçün innovativ həllərin təklif edilməsi;
- Daimi əsasla qeyri bankçılıq məhsulları üzrə bazarın izlənilməsi. Bazarda fərg yaratacaq nöqtələrin müəyyən edilməsi/sektora yeniliklərin gətilirməsinin təşviq edilməsi;
- Proseslərin təhlil edilməsi və optimizasiyası üzrə təkliflərin verilməsi;
- İş prosesi zamanı zəruri məlumatların əldə edilməsi üçün aidiyyatı strukturlarla kommunikasiyaların qurulması;
- Digər komanda üzvlərinin tapşırıqlarının icrasında köməkliyin həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Minimum 2 il iş təcrübəsinə;
- Bank işi, bankın məhsul və xidmətləri ətraflı biliyə;
- Yüksək səviyyədə MS Excel/MS Power Point biliklərinə;
- Hesabatlıq və ya analitika istiqamətlərində təcrübəsinə;
- SQL, Qliksense biliklərinə ;
- Məlumatların vizuallaşdırılması üzrə biliklərə ;
- Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
- Yüksək kommunikasiya, empatiya və dinləmə bacarığına;
- Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.