Görəcəyiniz işlər:
- Bankın strategiyasını və vizyonunu anlaması;
- Bazarda öz istiqaməti üzrə vizyonun formalaşdırılması;
- Formalaşdırılmış vizyon əsasında yol xəritəsinin hazırlanması/inkişaf etdirilməsi;
- Məhsul üzrə biznes metriclərin təyin edilməsi
- Məhsula uyğun olaraq maraqlı tərəflərin müəyyən etmək, əlaqə yaratmaq və bu əlaqələri davam etdirməklə onlara vizyon, strategiya, ideyalar və gedişatla bağlı dolğun məlumatların kommunikasiya edilməsi;
- Öz istiqaməti üzrə müştərilərin və maraqlı tərəflərin məhsul və xidmət ehtiyaclarının müəyyən olunması;
- Sahibliyi həyata keçirilən məhsulla bağlı yerinə yetirilməmiş işlərin prioritetləşdirilməsi;
- Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarının müəyyən olunması;
- Tələblərin açıq şəkildə komandaya izah edilməsi, bu istiqamətdə aktiv şəkildə biznes analitiklərlə və müştəri təcrübələri üzrə mütəxəssizə/ dizaynere daimi kommunikasiyada olunması
- Komanda üzvlərinə hədəflərin təyin edilməsi və görüləcək işlərin izah olunması
- Müştəri davranışlarının araşdırılması və təhlili;
- Müştərilərin bankın mövcud və planlaşdırılan satış kanalları ilə təmas nöqtələrinin, səyahətlərinin (journey) təhlil edilməsi və doğru müştəri-məhsul-kampaniya-kanal münasibətlərinin qurulması;
- Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
- Bank işi üzrə minimum 3 il təcrübəyə və ya minimum 2 il məhsul sahibi kimi çalışana;
- Bank məhsulları/prosesləri üzrə biliyə/təcrübəyə;
- “Agile”(scrum) üzrə təcrübəyə;
- Məlumatların təhlili və istifadəsi sahəsində biliklərə
- Product life cycle və design thinking bilik/bacarıqlarına(üstünlükdür);
- Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
- Komandada və fərdi şəkildə işləmək bacarığına;
- Strateji və taktiki düşüncə qabiliyyətinə;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
- PMİ-ACP (arzuolunandır);
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.