VİP müştərilərlə iş departamentində Satışlara dəstək şöbəsi üzrə mütəxəssis

Daimi Tam gün

İş haqqında

Görəcəyiniz işlər: 

  • Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni VİP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək; 
  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;
  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob  lemlərin həllinə sonadək dəstək olmaq;                                                
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;                 
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan və rus dilini səlis bilənə; ingilis dili arzu olunandır;
  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.